"Qarabağ" xal itirdiyimizə görə daha motivasiyalı olacaq" - Roberto Bordin

"Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oyandı, fasilədən sonra vəziyyəti dəyişdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçədən sonra söyləyib.

54 yaşlı italiyalı mütəxəssis bildirib ki, iki xal itiriblər: "Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdur. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı".

Bordinin sözlərinə görə, "Neftçi" sona qədər hücum futboluna üstünlük verib: "Səhvlər olanda hamı günahı müdafiəçilərdə görür. Amma elədeyil. Əsas komanda oyunudu".

‌Baş məşqçi fevralın 17-də keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu barədə də danışıb: "Onlar gördülər ki, xal itirdik. Buna görə motivasiyalı olacaqlar. Lakin matçın nəticəsinin necə olacağını bilmək olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right