Azərbaycan Premyer Liqası: 17-ci turu buraxacaq futbolçular

Azərbaycan Premyer Liqasının 17-ci turunu cəza səbəbindən 6 futbolçu buraxmalı olacaq.

 

Newsport.az xəbər verir ki, "Qəbələ" ilə görüşdə qırmızı vərəqə alan "Sabah"ın hücumçusu Marko Deviç "Səbail"lə matçı buraxacaq. Eyni halı "Zirə" ilə oyunda yaşayan "Səbail"in müdafiəçisi Elvin Yunuszadə də sözügedən qarşılaşmanı buraxacaq.

 

"Zirə"dən isə Aleksandr Dedov sarı vərəqə limitini doldurub. Moldovalı hücumçu bu səbəbdən "Neftçi" ilə qarşılaşmanı buraxacaq. "Ağ-qaralar"dan isə Ömər Buludov cari mövsüm 4-cü dəfə sarı vərəqə almaqla cəzalı vəziyyətə düşüb.

 

"Qarabağ"la matçda sarı vərəqə alan "Sumqayıt"ın yarımmüdafiəçisi Əli Babayev "Keşlə" ilə matçda oynamayacaq. Əks tərəfdə isə Vüsal İsgəndərli "Neftçi" ilə qarşılaşmada cəzalı vəziyyətə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right