Millimiz İspaniyaya uduzdu

Azərbaycan U-19 millisi İspaniya toplanışında ilk oyununa çıxıb. Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, Mursiya şəhərində keçirilən görüş ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Kamran Quliyev 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Millimiz fevralın 14-də “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunu keçirəcək.

Yoxlama oyunu

12 fevral

İspaniya U-19 – Azərbaycan U-19 - 2:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right