"Qarabağ" Avropa Klublar Birliyini Bakıya dəvət etdi FOTOLAR

Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir") İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva) "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.

Qeyd edək ki, "Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.

Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.

 

Image may contain: one or more people, people sitting, table and indoor

Image may contain: 2 people, people sitting, suit and indoor

Image may contain: 3 people, people standing, people sitting and indoor

Image may contain: 2 people, people sitting

No photo description available.

Image may contain: one or more people, people sitting and indoor

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah