Hakimi təhqir edən məşqçiyə 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Uğur” (Sumqayıt) – “Baku” FC matçının 45+3-cü dəqiqəsində “Uğur”un futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun fasiləsi zamanı “Uğur”un məşqçisi Tural Salmanzadə hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

Region Liqasında “Şirvanovka” – “Şahdağ” matçının 90+1-ci dəqiqəsində “Şirvanovka”nın futbolçusu Faik Ağarəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Qarabağ” – ROİL matçının 36-cı dəqiqəsində ROİL-in futbolçusu Səyyad Xantamirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Keşlə” – “Neftçi” İK İB matçının 38-ci dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Amin Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-10 Liqasında “Avey”(Ağstafa) – “Qədirli” (Tovuz) matçında “Qədirli”nin heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right