Harda qalmışdıq ?

Azərbaycan millisi Nikola Yurçeviçə həvalə olunanda bu ölkənin futbolunun da, futbol funksionerlərinin də rəzil durumda olmasına bir daha şahidlik etmiş olduq. Xəyanətkarcasına planlı şəkildə millidən kənarlaşdırılan, ölkə futboluna adını qızıl hərflərlə yazdıran Qurban Qurbanovun əvəzinə heç bir uğuru olmayan xorvatiyalı çalışdırıcının əsas yığmanın “sükanı arxasına” gətirilməsi, çox təəssüf ki, Elxan Məmmədovun parlaq qələbəsi oldu.

Məmmədovun qurduğu sistem planlı şəkildə öz sözünü deməkdədir.

Uzun sürən axtarışların fonunda Yurçeviçin üzərində durmaq nə qədər absurddursa, bir o qədər də  normal qarşılanmalıdır. Hər halda, bizim millini çalışdırmaq əcnəbi baş məşqçilər üçün karyera baxımından önəmli rol oynaya bilməz. Yalnız pulu düşünən çalışdırıcılar AFFA-nın onlara göndərdiyi təklifə müsbət yanaşa bilərdi. Ki, xorvat mütəxəssisin AFFA-nın AÇ-2020-yə vəsiqə tələbinəmi “hə” dediyi, yoxsa gəlirini artırmaq üçünmü “okey” verdiyi bəlli deyil. Bəlli olan bir şey var, o da böyük miqyasda məşqçi kimi ada sahib olmayan birinin millini sükanı arxasına keçməsidir. Biz onsuz da bu millidən əlahiddə heç bir şey gözləmirik. Gözləntilərin altında qalan bir millinin başına gətirilən, heç olmasa, əcnəbi deyil, özümüzünkü olardı.

Əslində, Qurbanovun gedişi, daha doğrusu, planlı şəkildə göndərilməsindən çox yazıldı. Çifayda. Nəticə etibarı ilə Qurbanovun bacarmadığını Yurçeviçdən gözləmək Elxan Məmmədovun öz istəyi ilə AFFA-dan istefa verməsinə bənzəyir.

Arxı hoppanmaq kimi çıxmasın, çox keçməz, işinin öhdəsindən gələ bilmədi deyib yola salacağınız məşqçiniz mübarək!

Qaldığımiz yerdən davam edirik. Harda qalmışdıq? Hər tskildə sonuncu pillələrdə, FİFA reytinqində 107-ci, püşkatmalarda isə sonuncu səbətlərdə…

Səxavət Qurbanov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right