Millimizin yeni baş məşqçisi rəsmən açıqlandı

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda aşağıdakı qərarlar qəbul olunub:

1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub:

- Milan Obradoviç – Azərbaycan U-21
- Samir Əliyev – Azərbaycan U-19
- Miloş Velebit – Azərbaycan U-15, U-16
 
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right