“Neftçi”nin qapıçısı zədələndi

"Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qolkiper son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Məmmədov 3-4 həftə müalicə olunacaq. O, yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında “Qəbələ”dən "Neftçi”yə transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right