Premyer Liqanın 16-cı turunda neçə azarkeş qeydə alındı?

Azərbaycan Premyer Liqasında 16-cı turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun ilk görüşü "Əlincə Arena"da "Sabah" və "Qəbələ" arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini stadionda 600 nəfər izləyib.

 

"Kapital Bank Arena"da baş tutan "Sumqayıt" - "Qarabağ" matçında (0:2) 1500, "Bakcell Arena"da reallaşan "Neftçi" - "Keşlə" qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb.

 

Turun son oyunu "Bayıl Arena"da "Səbail" və "Zirə" arasında baş tutub. "Qartallar"ın 2:0 hesablı qələbəsini triubnalardan 300 nəfər izləyib.

 

Beləliklə, 16-cı turda 3400 azarkeş qeydə alınıb. Bu da hər oyuna 850 fanat deməkdir





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah