“Qarabağ” kimi güclü komandanı məğlub etmişdik"

Bosniya və Herseqovinanın “Sarayevo” klubunun yarımmüdafiəçisi Amar Rahmanoviç komandanın hazırlığından danışıb. Newsport.az xəbər verir ki, futbolçu klubun doğru yolda olduğunu bildirib.

O, həmçinin ötən il Antalyada “Qarabağ”a qarşı keçirdikləri oyunu yada salıb: “Biz ötən ildən doğru yoldayıq. Keçən hazırlıqda “Qarabağ” kimi güclü komandanı məğlub etmişdik. Düşünürəm ki, bu yol bizi uğura aparır”.

Qeyd edək ki, “Sarayevo” “Qarabağ” üzərində 2:0 hesablı qələbə qazanmışdı.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right