Cavid İmamverdiyev: "Heç-heçə ediləsi oyun idi"

"Qəbələ" ilə oyunlarımız ağır olur. Təəssüf ki, Marko Deviç ilk hissədə qırmızı vərəqə aldı. Deviç meydanda olmadığı üçün bizə çətin oldu. Toparalan bilərdik, heç-heçə ediləsi oyun idi. Ancaq azlıqda qaldığımız üçün bacarmadıq. Rəqibi təbrik edirəm və qarşıda bizi "Səbail"lə oyun gözləyir. Həmini matçı düşünürük".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzan "Sabah"ın kapitanı Cavid İmamverdiyev deyib. 28 yaşlı yarımmüdafiəçi komandanın hücumçusu Marko Deviçin qırmızı vərəqə alması barədə bunları söyləyib:

"Hakim qərar veribsə, deməli, belədir. Bu cür epizodlarda oyunçu və kapitan kimi hakimə etiraz etməyə məcbursan ki, futbolçuya qırmızı vərəqə verməsin. Deməzdim ki, bizi Deviç uduzdurub. Onun yerində hər kəs ola bilərdi. Deviç cari mövsüm 7 qol vurub, bizə çox oyunda qələbə qazandırıb. İstəyi penalti qazanmaq idi. Təəssüf ki, belə oldu".

Kapitan 5-ci pilləyə düşmələrindən qorxmadıqlarını deyib: "5-ci pilləyə düşməyimiz bizi qorxutmur. Hədəfimiz Premyer Liqada qalmaq uğrunda yarışmaqdır. İnanıram ki, xallarımızı arıtracağıq və buna nail olacağıq".

Millimizin üzvü son iki oyunda "Sabah"ın iki futbolçusunun qırmızı vərəqə alması barədə bunları deyib:

"Bunu intizamsızlıq əlaqələndirmirəm. Hər iki qırmızı vərəqə oyun epizodunda olub. Heç kəs kimisə qəsdən vurmayıb. Elşad müəllim elə intizam yaradıb ki, hansısa futbolçunun bu qaydalara riayət etmədiyinə inanmıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right