"Hər hücumçu Azərbaycan çempionatında oynaya bilmir" - Ayxan Abbasov

“Çətin görüş oldu. “Qarabağ” oyuna çox istəkli başladı. Oyuna yaxşı hazırlaşmışdıq. Bəlkə də istəyimiz çox olduğu üçün özümüzü göstərə bilmədik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan Premyer Liqasının XVI turunda öz meydanında “Qarabağ”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “İkinci hissədə yaxşı futbol oynadıq, yalnız qol çatmadı. Futbolçulara oyuna görə təşəkkür etdim. Çempionatın ikinci yarısına yaxşı başlamamışıq. Ümid edirəm ki, özümüzü toparlayacağıq”.

- Güclü rəqibə qarşı oyunda gənclərə güvənmişdiniz. Bunun xüsusi səbəbi varmı?

- Həftəiçi problemlərimiz oldu. Atilla xəstə idi, Rail bir neçə gündü məşq etmirdi. Əfranın şəxsi həyatında problem var idi, icazə vermişdik. Bu oyun gənclər üçün təcrübə oldu.

- Peyman Babai iki oyundur özünü göstərə bilmir. Ondan istədiyinizi ala bilirsinizmi?

- Mən həmişə demişəm ki, çempionatımız çətindir. Azərbaycanda hər hücumçu oynaya bilmir. Oyunun gedişi zamanı zədələndi, əvəzlədim. Düşünürəm ki, Peymana vaxt lazımdır. Üzərinə getmək istəmirəm, ona inanıram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right