"Reynaldonun durumundan razı deyiləm" - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun sərgilədik”.

Newsport.az saytının məlummatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sumqayıt” üzərində qələbə qazanıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Çətin səfər oyunu idi. İkinci qola qədər oyunun sürəti aşağı düşmədi. Hər iki komanda xal qazanmağa çalışırdı. Çox vacib qələbə qazandıq”.

- “Sumqayıt”ın start heyəti sizin üçün gözlənilməz olmadı?

- Xeyr. Biz Atilla Yıldırımın meydanda olacağını gözləyirdik. Yəqin o, zədəli olub. Ümumilikdə, rəqibdən belə sistem gözləyirdik.

- Şahruddin Məhəmmədəliyevin adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Bunun səbəbi “Neftçi” ilə oyundakı səhvlə bağlı deyil?

- Səhvlərlə bağlı bir məsələ deyil. Şahruddin dünən məşqdə dizindən zədə alıb. Yəqin ki, ciddi bir şey deyil.

- Vurduğunuz ilk qolda bir qədər qeyri-müəyyənlik var idi. Sizin fikriniz necə idi?

- Məncə, mübahisəli bir şey yox idi. Hakim dəə epizoda yaxın idi. Bəlkə də yan xətt hakimi başqa fikir bildirmək istəyirdi. Futbolçular özləri də qol olduğunu bildirdilər.

- Növbəti tur “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin görüş barədə fikirləriniz necədir?

- Çətin rəqibə qarşı oynayacağıq. Hiss olunur ki, “Qəbələ” ikinci hissəyə daha ciddi hazırlaşır. Vaxtıımız var, iki gündən sonra “Qəbələ” haqda düşünəcəyik. Biz hər bir rəqibə ciddi yanaşırıq.

- Reynaldonun durumundan razısınız?

- Hələ ki, yox. Bir neçə gündü komanda ilə məşqlərə başlayıb. Ümid edirik ki, formasını tam bərpa edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right