"Sumqayıt"da olay: Hakim qolu saymaq istəmədi

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağıdır.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi 20-ci dəqiqədə Filip Ozobiçin qoluyla hesabı açıb. Lakin qapı torunda olan problemə görə kuryoz hadisə baş verib. Belə ki, zərbədən sonra top toru da keçərək kənara gedib. Baş hakim Orxan Məmmədov isə öncə qolu hesaba almayıb. Lakin "Qarabağ"ın futbolçuları bu qərara etiraz ediblər. Yan xətt hakimiylə söhbət edəndən sonra Orxan Məmmədov qolu hesaba alıb.

Meydan sahiblərinin kapitanı Vurğun Hüseynovun da addımını alqışlamaq lazımdır. Təcrübəli müdafiəçi topun qapıdan keçdiyini hakimə deyərək, ədalətli qərara böyük yardım edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right