Elşad Əhmədov: "Gənc futbolçular ondan örnək götürməlidir"

“Sabah” Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib:

- Danışılası çox şey var. Azlıqda qaldıq, deməzdim ki, bu, nizam-intizamla bağlıdır. Sarı vərəqə epizodunun təkrarına baxacağıq. Uşaqlar "Qəbələ" kimi komandaya qarşı yaxşı mübarizə apardılar. Onlara təşəkkür etmək istəyirəm.

- Hücumçu transferini həyata keçirəcəksiniz?

- Axtarışlarımız davam edir, azad agentlərlə danışıqlar aparırıq.

- Deviçi cəzalandırmağı düşünürsünüz?

- Deviç kimi futbolçunun Azərbaycanda olması qürurvericidir. Ona heç bir cəza verə bilmərik. Gənc futbolçular ondan örnək götürməlidirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right