Nikola Yurçeviç: "Prosineçki mənə hər şeyin yaxşı olacağını dedi"

Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 52 yaşlı xorvatiyalı mütəxəssis millimizin sabiq çalışdırıcısı, hazırda Bosniya və Herseqovina yığmasının baş məşqçisi olan Robert Prosineçkiylə danışdığını deyib:

"Danışıqlar gedir. Təbii ki, iş barəsində Robert Prosineçkiylə söhbət etmişəm. Əlbəttə, futbolda hər şey az da olsa, məlumdur. O və Qordan Sipriçdən ipucları almışam. Prosineçki mənə hər şeyin yaxşı olacağını dedi. Mənə yaxşı fikirlər söylədilər. Ancaq hələ müqavilə imzalanmayıb".

vecernji.hr





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right