Azərbaycan yığması İranda 2-ci oldu

Fevralın 7-8-də İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” keçirilib. 

Newsport.az-ın məlumatına görə, ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparıb. 

İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıb. 

İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Ə.Qvarzatilov finalda Uluqbəy Yoldaşbəyova (Qırğızıstan), C.Həsənov Bəhmən Teymuriyə (İran) məğlub olaraq gümüş medalla kifayətlənib. N.Hacıyev isə zədələndiyi üçün Əli Rzayi Qudarzi (İran) ilə həlledici görüşə çıxmayıb. Ancaq H.Hacıyev Rza Əfzəli (İran) üzərindəki qələbəylə himnimizi Kirmanşahda səsləndirib. Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) bürünc medal qazanıb. 

Beləliklə, komandamız 2019-cu ildə qatıldığı ilk turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib. Yığmamız komanda hesabında 2-ci yeri tutub.

Xatırladaq ki, yarışda III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right