"Keşlə"də iki rəsmi transfer

"Keşlə" qış transfer pəncərəsinin sonuncu günündə heyətinə daha iki futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi venesuelalı Louis Angelo Pena və ukraynalı Valeri Kutsenko ilə müqavilə imzalayıb. Venesuelalı yarımmüdafiəçi il yarımlıq müddətədək, ukraynalı yarımmüdafiəçi isə mövsümün sonunadək "Keşlə"nin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Premyer Liqa klubu bundan  əvvəl Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi transfer etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right