“Kəpəz” evdə darmadağın oldu

I divizionda XIV tura yekun vurulub. Newsport.az xəbər verir ki, mövsümün ikinci yarısının ilk turu 3 qarşılaşma ilə başa çatıb.

Liderlər qrupunda yer alan MOİK Gəncədə “Kəpəz”i darmadağın edib. Raul Yaqubzadənin het-triki qonaqlara 3 xal qazandırıb.

“Qaradağ Lökbatan” öz meydanında “Zaqatala”nı yenib. “Şüvəlan” isə “Səbail-2”ni üstələyib.

I divizion

XIV tur

8 fevral

“Şüvəlan” – “Səbail-2” – 2:1

Tural Qürbətov, 39, Riad Abbaszadə, 90+2 – Xəlil Bağırov, 72

“Kəpəz” – MOİK – 0:3

Raul Yaqubzadə, 29, 77, 79

“Qaradağ Lökbatan” – “Zaqataıa” – 1:0

Rüfət Məmmədov, 51





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right