Milan Obradoviç milliyə 23 futbolçu çağırdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç hazırlıqlara 23 futbolçu çağırıb.

Bu oyunçular fevralın 10-dan 12-dək Bakıda toplanış keçəcək. Hazırlıqda Murad Qayalı, Nurlan Quliyev (hər ikisi “Keşlə”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Kamran İbrahimov, Ömər Buludov, Rəhman Daşdəmirov, Anton Krivotsyük, Əli Şirinov (hamısı “Neftçi”), Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov (hamısı “Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Baxşəli Baxşaliyev və Süleyman Əhmədov (hamısı “Sumqayıt”) iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right