Millimizlə oyunu buraxacağı dəqiqləşdi

AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu evdə Azərbaycan yığmasına qarşı keçirəcək Xorvatiya millisində itkilər var.

Newsport.az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Şime Vrsalko dizindən əməliyyat ediləcək. 27 yaşlı futbolçu 6 ay oynamayacaq.

Bundan əlavə, Xorvatiya millisində Yosip Pivariç, Antonio Miliç, Matey Mitroviç, Due Çaleta-Çar zədəli, Deyan Lovren isə cəzalıdır.

Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə yerləşən “Maksimir” stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right