"Finalın Bakıda olması ayrı önəm daşıyır": "Qalatasaray"ın əfsanəsi

"Qalatasaray"ın əfsanəvi futbolçusu Ərgün Pənbə Türkiyə klublarının Avropa Liqasındakı şanslarını dəyərləndirib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sabiq müdafiəçi "Qalatasaray" və "Fənərbaxça"nın ümidverici futbol sərgiləmədiyini etiraf edib.
 
Lakin 47 yaşlı mütəxəssis Avropa Liqasının final görüşünün Bakıda olmasını böyük üstünlük sayır: "Arzumuz bir türk klubunu finalda görməkdi. Bu kubokun yenidən Türkiyəyə gəlməsi ölkə futbolu üçün çox vacibdi. Final görüşünün qardaş ölkə Azərbaycanda olması ayrı önəm daşıyır. Bakıda Türkiyə klublarından biri meydanda olsa, azarkeş baxımından problem yaşamarıq. Düzdü, çətin dönəmdi. Hazırkı performanslarına baxdığımız zaman həm "Qalataaray", həm də "Fənərbaxça" kuboku muzeyinə gətircək səviyyədə görünmür. Ancaq bu vəziyyət dəyişə bilər. "Qalatasaray" bu turnirdə olduğu müddətdə təhlükəli rəqibdi və bütün gücünü ortaya qoyacaq. Ümid edirəm ki, hər iki komandamız mümkün qədər çox irəliləyər. Finalda onları görmək istəyirəm. Təbii ki, asan olmadığını da bilirəm".
 
Avropa Liqasının 1/16 final mərhələsində "Qalatasaray" "Benfika", "Fənərbaxça" isə "Zenit"lə qarşılaşacaq. Maraqlıdı ki, Pənbə öz komandalarını cütlüklərin favoriti hesab edir: "Hər iki komandamızın rəqiblərini məğlub edəcəyini düşünürəm. "Fənərbaxça"nın işi bir az çətindi. Komanda olmaq yolunda yeni-yeni addımlar atırlar. Amma yaxşı motivasiya olunsalar, çempionatdakı səhvləri təkrarlamasalar, "Zenit"i keçəcəklər. "Qalatasaray"ın avrokubok təcrübəsi böyük olduğu üçün komandamızın "Benfika"nı keçəcəyini düşünürəm.
 
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right