Badibanqa əvəzedicilərdə oynamaqdan imtina etdi: "Neftçi"yə gəlir?

Adı "Neftçi" ilə hallanan Ziqi Badibanda "Şerif"in heyətində Antalya toplanışında iştirak etmir. Klubla problemlər yaşayan Konqo əsilli belçikalı futbolçu komandanın digər üzvü Jeremi de Noyerlə Moldovada fərdi məşqlər edir. 

 

Newsport.az moldfootball.com-a istinadən xəbər verir ki, Badibanqa "Şerif-2"nin heyətində yoxlama görüşünə çıxmaqdan imtina edib.

 

Futbolçunun "Şerif"lə 6 ay müqaviləsi qalıb. Tiraspol təmsilçisi 27 yaşlı vingeri yalnız təzminat qarşılığında buraxmaq fikrindədir. Lakin "Neftçi" müqaviləsinin bitməsinə az qalmış futbolçu üçün həddən artıq çox pul ödəmək istəmir. Sabah isə Azərbaycanda transfer pəncərəsi bağlanacaq. Bu keçidin reallaşması üçün bir gün vaxt qalıb.

 

Badibanqa özü "Neftçi"də oynamağın əlehinə deyil. Futbolçu son bir həftədə sosial şəbəkə hesabında iki dəfə Bakı klubu ilə bağlı foto paylaşıb.

 

Qeyd edək ki, belçikalı futbolçu Tiraspol klubunda Roberto Bordinin rəhbərliyi altında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right