"Səbail"də şok itki: iki aylıq sıradan çıxdı

"Səbail" ciddi itkiylə üzləşib.

Newsport.az xəbər verir ki, "dənizçilər"in hücumçusu Ruslan Qurbanov uzun müddətə sıradan çıxıb. Millimizin üzvü Azərbaycan Premyer Liqasının 15-ci turunda "Keşlə" ilə səfər matçında zədələnib. Artıq futbolçunun durumu müəyyənləşib. 27 yaşlı forvard 2 ay yaşıl meydanlardan kənar qalacaq.

Ruslan Qurbanov cari mövsüm Premyer Liqada 14 oyuna 2 qol vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right