"Reynaldo "Qarabağ"la "Aktobe"dəkindən az maaşa razılaşıb"

Qazaxıstanın vesti.kz saytı qış transfer dönəmində Premyer Liqa klublarından ölkə xaricində transfer olan ən yaxşı 10 futbolçudan ibarət siyahı hazırlayıb.

Newsport.az saytı xəbər verir ki, siyahıda "Qarabağ"a dönən iki futbolçu - Riçard Almeyda və Reynaldo da var.

"Astana"dan "Qarabağ"a icarəyə verilən Almeyda barədə bunlar qeyd edilib: 

"Almeyda getdikcə "Astana"ya uyğunlaşırdı. Ancaq onun oyun stili "Astana"ya uyğun deyildi. Riçard kombinasiyalı futbol üçündür. O, "Kayrat" və "Aktobe"nin sisteminə uyğun gəlir. Buna görə də "Astana" braziliyalını icarəyə verdi".

"Aktobe"dən "Qarabağ"a qayıdan Reynaldo üçün bu fikirlərə yer verilib:

"Reynaldo 30 oyuna 7 qol vurdu, 3 assist etdi. Komanda üçün çox faydalı oldu. Əlbəttə, o, 2013-2017-ci illərdə çıxış etdiyi "Qarabağ"a dönmək üçün cəhd edirdi. Futbolçuya yaxın olan mənbəmizin məlumatına görə, Reynaldo "Qarabağ"da "Aktobe"dəkindən az maaşa razılaşıb. Ancaq futbolçunun "Qarabağ"a dönmək arzusu maliyyəni bir kənara qoydu".

Məqalədə ötən mövsümü icarə əsasında keçirən Pedro Enrikenin "Astana"dan PAOK-a qayıtması da qeyd edilib:

"Braziliyalılar Qazaxıstana dərhaı öyrəşədilər, tez-tez tənqid olunurdular. Pedro 19 oyuna 3 qol vurub, 1 assist edib. O, müdafiəyə də kömək edirdi. Təbii ki, o, "Astana"ya kömək edə bilərdi, lakin PAOK-a dönməyi istədi".

Yazıda "Kaysar"dan "Keşlə"yə gələn syerra-leoneli yarımmüdafiəçi Con Kamaradan da bəhs olunub:

"Kamara səviyyəsini saxlayan və transfer dəyəri düşməyən futbolçulardan biri idi. O, ptensialına görə "Kayrat" və "Astana"da da çıxış edə bilər. İndi özünü "Keşlə"də sübut etməlidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right