"AFFA onu seçsə, səhv etməz" - Robert Prosineçki

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmamıza namizədlərdən olan Nikola Yurçeviçlə bağlı fikir bildirib. Newsport.az-ın index.hr saytına istinadən məlumatına görə, hazırda Bosniya və Herseqovina yığmasının "sükanı arxası"nda olan Prosineçki keçmiş komanda yoldaşını tərifləyib.
 
Onun fikrincə, Yurçeviç millimizdə uğur qazana bilər: "Bu məsələyə dərindən şərh verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, AFFA Yurveçiviçi seçsə, səhv etməz. Hər iki tərəf üçün ən yaxşısının olmasını arzulayıram".
 
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə yığmamıza rəhbərlik edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right