Üç komandaya texniki məğlubiyyət

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Newsport.az saytının məlumatına görə, İK növbəti dəfə texniki məğlubiyyət cəzaları verib.

Yüksək Qızlar Liqasında “Veqa” komandası “Keşlə” ilə səfər görüşünə çıxmayıb. Həmçinin U-16 Qızlar Liqasında “Aran” öz meydanındakı 8 №-li İOEUGİM komandası ilə oyunda iştirak etməyib. Bu üzdən həm “Veqa”, həm də "Aran"a 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında da eyni hadisə baş verib. Burda isə EKOL-la qarşılaşmaya çıxmayan “Yasamal” MFK 0:5 hesablı texniki məğlubiyyət cəzasına məruz qalıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right