Bolqarıstan millisinin üzvü Azərbaycan klubundan imtina etdi

Türkiyənin "Altay" klubundan ayrılan Bolqarıstan millisinin üzvü İvan İvanov Azərbaycan klublarınını birindən təklif alıb.

 

Newsport.az sportal.bg saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi bu təklifi qəbul etməyib. İvanov karyerasını Litvada davam etdirəcək. O, "Suduva" klubu ilə anlaşıb. Transfer yaxın günlərdə rəsmiləşəcək.

 

Qeyd edək ki, İvanov ÇSKA (Sofiya), "Partizan", "Bazel", "Panatinaikos", "Arsenal" (Tula), "Lokomotiv" (Plovdiv), və "Beroe" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right