Gürcüstan millisinin üzvü Azərbaycan klubundan imtina etdi

Gürcüstan millisinin üzvü Vaxtanq Çanturişvili qışda Azərbaycan klublarının birindən təklif alıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı vinger bu barədə açıqlamasında deyib. Çanturişvili yekunda Çexiyanın "Zlin" klubunu seçdiyini söyləyib: "Yablonets"in təklifi ciddi idi, ancaq niyə alınmadığını bilmirəm. Yunanıstan, Qazaxıstan və Azərbaycana getmək imkanlarım da oldu. Ancaq bilirəm ki, Çexiya çempionatı yüksək səviyyədədir. Burada oynamaq mənim üçün fürsətdir".

Qeyd edək ki, Çanturişvili Gürcüstan yığmasına 5 oyun keçirib. O, "Zestafoni", "Dinamo" (Tiblisi), "Oleksandriya" və "Spartak" (Trnava) kimi klublarda çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right