Con Delarj debüt etdi, “Qarabağ” qələbə qazandı

Azərbaycan çempionatının I divizionunda mövsümün ikinci yarısına start verilib. Newsport.az xəbər verir ki, XIV turun ilk oyun günündə 1 qarşılaşma baş tutub.

2019-cu ilin I diviziondakı ilk matçı Tovuzda baş tutub. Yerli “Turan Tovuz” “Qarabağ”ın ikinci komandasını sınağa çəkib. Ağdam klubunun legioneri Con Delarjın da start heyətində meydana çıxdığı görüşdə onun komandası 2:1 hesablı qələbə qazanıb. İlk yarıdakı qonaqlar hesabı açsa da, fasilədən sonra meydan sahibləri tarazlığı bərpa edib. Ağdamlılar qələbə qoluna final fitinə 2 dəqiqə qalmış imza ata bilib.

Qeyd edək ki, Delarj I divizionda debüt matçını keçirib.

I divizion

XIV tur

5 fevral (çərşənbə axşamı)

“Turan Tovuz” – “Qarabağ-2” – 1:2

Sənan Qocayev, 74 - Toral Bayramov, 28, Elvin Cəfərquliyev, 88





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right