"Qarabağ"ın 7 futbolçusu yığmada!

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iki mərhələdən ibarət təlim-məşq toplanışı olacaq. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamız fevralın 6-dan 9-dək Bakıda, 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək.

Toplanış çərçivəsində yığmamız fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun, fevralın 17-də isə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Toplanışa 20 futbolçu dəvət olunub. Məşqçilər korpusu İspaniyaya bu heyətlə yollanacaq: Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı"Qarabağ"), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı "Qəbələ"), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Nail Alışov, Turan Vəlizadə (hər ikisi "Neftçi"), Əkbər Vəliyev ("Keşlə"), Elnur İbrahimov ("Spartak-2", Moskva, Rusiya), Maksim Bayramov ("Arminiya", Almaniya), Murad Mahmudov ("FSV Frankfurt", Almaniya), Kamran Quliyev ("Jonova", Litva).

Qeyd: Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right