"Qarabağ"da ciddi itkilər

“Qarabağ” Azırbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ın qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, Ağdam klubunda itkilər var. "Neftçi" ilə matçda qırmızı vərəqə alan Qara Qarayev sözügedən görüşü buraxmalı olacaq. Sarı vərəqə limitini dolduran Mahir Mədətov da oyunu kənarda izləməli olacaq. 

 

Zədəli futbolçular - Reynaldo Silva və Miçelin də “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı bilinmir.

 

Qeyd edək ki, fevralın 9-da keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu saat 18:30-da başlayacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right