"Sabah"dan yeni transfer

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, debütant 22 yaşlı qapıçı Əmirhüseyn Nəcəfini transfer edib. Onunla 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

Qeyd edək ki, Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb. Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right