Stamenkoviç “40”a çatdı

“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycan Premyer Liqasındakı uğursuz seriyası qırılıb. Newsport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, mövsümün ilk yarısının son 6 oyununda qapısında qol görən serbiyalı legioner XV turun “Zirə”ylə görüşündə (2:0) çərçivəni toxunulmaz saxlayıb.

Bu, debütantın qapıçısının mövsümdə 6-cı “quru” oyunu olub. Serbiyalı qolkiper bu göstəricidə yalnız Səlahət Ağayevdən (8) geri qalır.

Səfər görüşü Stamenkoviç üçün həm də yubileylə əlamətdar olub. O, Azərbaycan çempionatlarında 40-cı dəfə qapısını toxunulmaz saxlayıb. 2011-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”də keçirdiyi 98 matçdan 34-də qol buraxmayan balkanlı əlcək sahibi “Sabah”dakı 15-ci sınaqda 6-cı “quru” oyununa çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right