"Qəbələ"nin "quru" oyunu 5-ə çatdı

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, bununla da “qırmızı-qaralar” ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib.

Belə ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda rəsmi qarşılaşmalarda 6 matçdır məğlub olmur. Son 5 görüşdə qapısından qol da buraxmayan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. Hər üç qələbə eyni – 1:0 hesabı ilə olub. Bu seriyalardakı görüşlərdən ikisi kubok, digərləri Premyer Liqaya təsadüf edib.

 

Ötən ilin sonunda “Qarabağ”a çempionatdakı 1:3 hesablı məğlubiyyətdən sonra Premyer Liqada “Keşlə” (2:1), “Səbail” (0:0) və “Sabah”la (0:0) görüşən komanda sonuncularla iki kubok qarşılaşmasında (1:0, 1:0) da qüvvəsini sınamışdı.

“Qırmızı-qaralar” həm də “Sumqayıt”la görüşlərdəki məhsuldarlıq seriyasını 27-yə çatdırıb. Komanda bu rəqiblə keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Həmçinin “Gənclik şəhəri” təmsilçisi ilə ev oyunlarındakı məğlubiyyətsizlik 14-ə yüksəlib.

“Qəbələ”nin qələbə qoluna imza atan Stiven Monroz komandada 18-ci dəfə fərqlənib. O, bu göstəricidə Aleksey Qay və Kənan Kərimova çatıb. Bu “üçlük” klub tarixinin bombardirləri siyahısında 8-10-cu yerləri bölüşür.

Monroz bu qollardan 14-nə Premyer Liqada imza atıb. O, “Qəbələ”nin ölkə çempionatının yüksək liqasındakı bombardirləri siyahısında da 8-10-cu yerlərdə qərarlaşan 3 oyunçudan biridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right