Millimizdə İqor Tüdor dönəmi?

Ötən ilin dekabrından bu tərəfə yığmamızın yeni baş məşqçisi hələ də açıqlanmayıb.

Newsport.az Xorvatiya mətbuatına (hotsport.rs) istinadən xəbər verir ki, AFFA baş məşqçi postuna İqor Tüdoru gətirəcək. Məlumatda qeyd edilib ki, Səudiyyə Ərəbistanının "Əl-Fayha" klubundan ayrılan Slavolyub Musilin də millimizin baş məşqçi postuna namizəd olsa da, seçim xorvatiyalı Tudor olub.

Qeyd edək ki, 40 yaşlı İqor Tudor "Hayduk", PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarını çalışdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right