Mövsümün ikinci yarısı rekordla başladı

Azərbaycan Premyer Liqasında 15-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun ilk görüşü Zirə İdman Kompleksinin stadionunda "Zirə" və "Sabah" arasında baş tutub. Qonaqların 2:0 hesablı qələbəsini stadionda 200 nəfər izləyib.

 

"ASK Arena"da baş tutan "Keşlə" - "Səbail" matçında (0:3) 450, Qəbələ şəhər stadionunda reallaşan "Qəbələ" - "Sumqayıt" qarşılaşmasında (1:0) isə 530 azarkeş qeydə alınıb.

 

Turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" və "Neftçi" arasında baş tutub. 1:1 hesablı heç-heçə ilə başa çatan matçı 6000 nəfər izləyib. Bu göstərici isə rekord olub. Daha öncə cari mövsüm bir oyuna bu qədər fanat qeydə alınmamışdı.

 

Daha əvvəlki rekord isə 6-cı turun "Əlincə Arena"da keçirilən "Sabah" - "Qarabağ" (0:2) matçınında reallaşmışdı. Sözügedən oyunu 4500 azarkeş izləmişdi.

 

Beləliklə, 15-cü turda 7180 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1795 fanat deməkdir. Bu isə cari mövsümün ən yaxşı göstəricisidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right