Mahir Mədətov "Neftçi"nin futbolçusundan üzr istədi: "Əl uzatdığını görmədim"

"Qarabağ"ın hücumçusu Mahir Mədətov Azərbaycan Premyer Liqanın 15-ci turunun "Neftçi" ilə oyunundakı hərəkətinə görə peşman olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra "ağ-qaralar"ın seneqallı müdafiəçisi Mamadu Mbodja "İnstaqram"da mesaj yazan futbolçu rəqibin əlini sıxmadığı üçün ondan üzr istəyib:

"Dostum, həmin an emosiyalarıma görə mənə əl uzatdığını görmədiyim üçün səndən üzr istəyirəm. Ümid edirəm ki, aramızda hər şey qaydasındadır. Mən irqçi deyiləm. Bilirsən ki, bu, sadəcə, bir oyundur. Sənə uğurlar arzulayıram".

Mbodj isə Mahirin üzrxahlıq mesajına bu cür cavab verib: "Salam, dostum. Bu, oyundur, belə şeylərin olması normaldır. İrqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Gələcək oyunlarda sənə və komandana uğurlar arzulayıram".

Qeyd edək ki, oyunun gedişində epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əl uzatsa da, o, buna reaksiya verməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right