"Qələbə istəyimiz çox idi" - Sənan Qurbanov

“Oyuna çox ciddi hazırlaşmışdıq. İlk yarı başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik. Həm Bakı, həm Türkiyədə hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Hazırlıq oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik".
 

Newsport.az-ın məlumatına görə bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 15-ci turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

2019-cu ilin ilk rəsmi oyununda qazanılan qələbəni şərh edən çalışdırıcı qarşılaşmanı belə dəyərləndirib: "Bugünkü görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara  müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq. “Sumqayıt” yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli olan komandadır. Bunları analiz etmişdik. Futbolçular tapşırıqları yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər. Cavid Hüseynov komandamızın kapitanı, yüksək səviyyədə liderlik keyfiyyətləri var. Top itkisi baş versə də, komandaya faydalı oldu, tapşırıqları hamı kimi yerinə yetirdi. Oyunu analiz edib, səhvləri düzəltməyə çalışacaq, bütün komanda şəklində növbəti oyuna hazırlaşacağıq. Amin Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərirdi. Matçlarda oynamasa da, çox istəkli idi. Türkiyədəki yoxlama oyunlarında da belə oldu. Bu gün ondan razı qaldım”.

gabalafc.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right