"Qarabağ" "Neftçi" matçında heç-heçə, "Qəbələ" qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, günün ilk matçında "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la qarşılaşacaq. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı keçirdiyi 26 matçın hamısında qol vurmağı bacarıb və ev oyunlarının heç birində məğlub olmayıb. "Sumqayıt" həmçinin altı oyundur ki, "Qəbələ"ni məğlub edə bilmir. 26 oyunun 16-da "Qəbələ", 2-də isə qonaqlar qələbə qazanıbsa, 8 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də əyalət təmsilçisinin aşkar üstünlüyü var - 46:20. "Qəbələ" hazırda 17 xalla beşinci, "Sumqayıt" isə 15 xalla altıncıdır.

Son ölkə çempionu "Qarabağ" lider "Neftçi"nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley – 75-ci çempionat oyununda üz-üzə gələcək. "Neftçi" son 4 matçda rəqibinə məğlub olmamaqla yanaşı, ardıcıl 3 oyundur rəqib qapısına yol tapa bilir. Bu vaxta qədər keçirilmiş 74 oyunun 27-də Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı qələbə ilə tərk edib. 27 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar" öndədir - 78:68. "Neftçi" hazırda 33 xalla birinci, "Qarabağ" isə 30 xalla ikinci sıradadır.

Qeyd edək ki, turun digər matçlarında "Sabah" səfərdə "Zirə"ni 2:0, "Səbail" isə "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib. 

Azərbaycan Premyer Liqası, XV tur

3  fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: 
Stiven Monroz, 84
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu

 

18:30. “Qarabağ” – “Neftçi” - 1:1 
Qol:
 Dani Kintana, 6 (1:0), Mamadu Mbodj, 30 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right