Tərlan Əhmədov: "Bununla bağlı qadağan qoymuşam"

Azərbaycan Premyer Liqasında XV turun “Səbail” – “Keşlə” (0:3) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

- Belə oyun haqda danışmağa çox söz yoxdu. Üç elə səhv oldu ki, sadəcə, oyunu rəqibə hədiyyə etdik. Mənim özüm üçün də gözlənilməzdi. Slavik Alxasov və Nikola Mitroviçin olmaması özünü göstərdi. Çalışacağıq ki, oyunumuzu düzəldək. İstədiyimiz futbolu görmədik. Hazırlıq prosesindəi o komandadan əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda olması daha yaxşıdı, nəinki son məqamda baş verib bizi daha pis vəziyyətdə qoyması. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq.

- Bu gün Kamran Ağayevə nə olmuşdu?
- Futbolda heç kim səhvlərdən sığortalanmayıb. İlk oyunda həyəcan olması normaldı.

- “Zirə”nin məğlubiyyətinin hər hansı təsiri ola bilərmi?
- Məğlub olduqlarını indi sizdən eşidirəm. Heç vaxt maraqlanmırıq. Bununla bağlı qadağan qoymuşam ki, futbolçulara deyilməsin.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right