"Səbail" "Keşlə"ni, "Sabah" "Zirə"ni məğlub etdi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

 

Sportal.az xəbər verir ki, 15-ci turun açılış matçında "Zirə” debütant “Sabah”ı qəbul edib və 0:2 hesabı ilə uduzub.

 

Günün digər oyununda isə "Keşlə" doğma meydanda "Səbail"lə qarşılaşıb ve meydandan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

 

Topaz Premyer Liqası

XV tur

2 fevral (şənbə)

 

“Zirə” – “Sabah” - 0:2
Qollar
: Marko Deviç, 47 (pen.), Rəşad Eyubov, 68

Qırmızı vərəqələr: Vüqar Mustafayev, 62 ("Zirə") - Məqsəd İsayev, 25 ("Sabah")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev 

Zirə İdman Kompleksinin stadionu, 16:30

 

“Keşlə” – “Səbail” - 0:3
Qollar
: Kevin Kubemba, 14, Elvin Yunuszadə, 53, Ağabala Ramazanov, 59

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli  

“ASK Arena”, 19:00

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right