Röyal Nəcəfovun yeni klubu bəlli oldu

"FC Baku" qış fasiləsində növbəti - səkkizinci transferini həyata keçirib.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Röyal Nəcəfovu rənglərinə bağlayıb.

"Qarabağ"ın yetirməsi olan 28 yaşlı hücumçu MOİK, AZAL və Türkiyədə "Ağrıspor", "Sandıklıspor" kimi komandaların şərəfini qoruyub.

Röyal Nəcəfov 2015/2016 mövsümündə MOİK-in heyətində 24 qolla I Divizionun bombardiri olub.

Təcrübəli hücumçu U-17, U-19 və U-21 millilərinin formasını geyinib.

Mövsümün sonuna kimi müqavilə imzalanan Röyal Nəcəfov Region Liqasında çempionluq yolunda komandaya kömək etməyə çalışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right