“Keşlə”dən ayrılan futbolçu Türkiyə klubunda

“Keşlə”dən ayrılan Georgios Georgiadis karyerasını Türkiyədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Elazığspor”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Georgiadislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2018-ci ilin yayında “Keşlə”yə keçən Georgiadis, bu mövsüm Bakı təmsilçisi ilə 7 qarşılaşmada iştirak edərək, 1 qol vurub. O, ötən ilin dekabrında "Keşlə"dən ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right