"Neftçi"nin Dario Frederiko transferindən qazancı bəlli oldu

"Neftçi"dən ayrılan Dario Frederiko Cənubi Koreyanın “Daequ” klubuna transfer oldu.

 

Klubun rəsmi saytı bu barədə məlumat yayıb. Müqavilənin detalları barədə isə bilgi verilməyib.

 

Newsport.az sportalkorea.com-a istinadən xəbər verir ki, bu keçid “Daequ”ya 130 min avroya başa gəlib. 27 yaşlı vinger komandanın Çindəki təlim-məşq toplanışına qatılıb.

 

Frederiko mövsümün əvvəlində “Kəpəz”dən "Neftçi"yə keçmişdi. O, "ağ-qaralar"ın heyətində 17 oyunda 3 qol vurub. Dario daha öncə Cənubi Koreyanın "Sonnam" klubunda top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right