"Çelsi" Batşuayini icarəyə verdi

"Çelsi" hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib.

 

Newsport.az xəbər verir ki, Belçika millisinin üzvü karyerasını Londonun digər klubu "Kristal Pelas"da davam etdirəcək. Klub saytının məlumatına görə, 25 yaşlı forvard "qartallar"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Batşuayi 2016-cı ildə "Marsel"dən "Çelsi"yə 38 milyon avro qarşılığında transfer olmuşdu. Belçikalı hücumçu "Borussiya" (Dortmund) və "Valensiya" klublarında icarə əsasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right