"Qarabağ"ın və millimizin sabiq üzvü Almaniya klubunda

Gənclərdən ibarət milli komandamızın sabiq üzvü Elgün Uluxanov karyerasını Almaniyada davam etdirəcək. 

Newsport.az xəbər verir ki, cinah müdafiəçisi Şlezviq-Qolşteyn Oberliqasında mübarizə aparan "Ştrand 08" klubu ilə sözləşmə imzalayıb. Gənc futbolçu mövsümün sonuna qədər Almaniya klubunun uğurları üçün çalışacaq. 

Qeyd edək ki, Elgün Uluxanov futbolun sirlərini Rusiyada öyrənib.  O, ölkəmizdə "Qarabağ" və "Sabah" klublarında forma geyinib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right