“Bunu hamımız bilirik”: Riçard Almeyda

“Rəqibin böyük komanda olduğunu hamımız bilir, ona hörmət və səbrlə yanaşırıq". Newsport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının XV turunun "Neftçi" ilə oyunu barədə danışarkən deyib.

Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, hər iki komandanın keyfiyyətli oyunçuları var. Onun sözlərinə görə, hələ çempionun kim olacağını demək olmaz: "Hələ mövsümün yarısı geridə qalıb. İrəlidə bizi çətin matçlar gözləyir".

Azarkeşləri 12-ci oyunçu adlandıran Almeyda bildirib ki, matçın harada keçirilməsi önəmli deyil.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right