Qara Qarayev: "Bunu da həmişə deyəcəm"

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib. 

Newsport.az-ın məlumatına görə, futbolçu əvvəlcə matç haqqında fikirlərini bildirib: ““Neftçi” yaxşı komandadır. Yeni transferləri var. Sürətli futbolçulara malikdirlər. Gərgin qarşılaşma olacaq”.

Qarayev bir neçə həftə öncə verdiyi qalmaqallı “Məni ancaq məşqçim və komanda yoldaşlarım tənqid edə bilər” açıqlamasına da aydınlıq gətirib: “Fikrim yanlış təqdim olunub. Mən həmişə demişəm ki, işimizdə hansısa nöqsanlara yol veririksə, bizi jurnalistlər, azarkeşlər tənqid edə bilər. Bunun bizə ancaq xeyri var. Yəni verdiyim açıqlama yanlış anlaşılıb. Sadəcə “Təhqir olmaz!” demişəm. Bunu da həmişə deyəcəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right