"Qarabağ"da "Neftçi" ilə oyundan öncə Miçel şoku: Reynaldonun son durumu bəllidir

Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu oyuna ciddi itkiylə çıxacaq. Komandanın aparıcı üzvü Miçel sıradan çıxıb. İspan futbolçu "ağ-qaralar"a qarşı oynamayacaq. Yeni transfer Reynaldo isə zədəsini sağaldıb, ancaq o da görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi oyunu fevralın 3-ü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right